İranda prezident seçkiləri (2024)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
← 2021  İran  Növbəti →
İranda prezident seçkiləri
  • 28 iyun 2024 (birinci tur)
  • 5 iyul 2024 (ikinci tur)
Seçici fəallığı 39.93% (birinci tur)
49.68% (ikinci tur)
Namizəd Məsud Pezeşkian Səid Cəlili
Partiya bitərəf bitərəf
İttifaq İslahatçılar Prinsipçilər
Səslər 16,384,403
(54.76%)
13,538,179
(45.24%)
Seçkinin ikinci turu üzrə nəticələr
     Məsud Pezeşkian     Səid Cəlili

Nəticə Məsud Pezeşkian İran Prezidenti seçilmişdir.

İranda prezident seçkiləri — İran prezidentini müəyyən etmək üçün 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri idi. Lakin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə növbədənkənar prezident seçkiləri təyin olunmuşdur. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün 5 iyul 2024 tarixində ən çox səs almış Məsud PezeşkianSəid Cəlili arasında seçkilərin ikinci turu keçirilmişdir. Seçkilərdə Məsud Pezeşkian qalib gəlmişdir.[1] O, vəzifələrinin icrasına 30 iyul 2024-cü ildə başlayacaq.[2]

19 may 2024-cü ildə Azərbaycan–İran sərhədində İran Prezidenti İbrahim RəisiAzərbaycan Prezidenti İlham Əliyev Qız Qalası su anbarı hidroqovşağının açılışında iştirak etdilər.[3] İrana geri dönən Rəisini və digər 7 nəfəri daşıyan helikopter Bakı vaxtı ilə günorta saat 13:30-da Qərbi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisində qəzaya uğradı.[4][5][6] Eyni gün helikopterin qəzaya uğradığı yer təyin edildi, helikopterdəki hər kəs ölü halda tapıldı.[7] Hadisədən sonra İran Konstitusiyasının 131-ci maddəsinə əsasən İran vitse-prezidenti Məhəmməd Müxbir yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərinin icraçısı vəzifələrini icra etməyə başlamışdır.[8]

Prezidentliyə namizəd olan və ən çox səs toplayan iki şəxs — Məsud PezeşkianSəid Cəlili seçki sisteminə görə ümumi etibarlı səslərin 50%-dən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalmışdır. Seçkilərdə Məsud Pezeşkian 10,415,991 (42.45%) səs toplayaraq birinci, Səid Cəlili isə ümumi etibarlı səslərdən 9,473,298 (38.61%) səs toplayaraq ikinci olmuşdur.[9]

Seçkilərin ikinci turu 5 iyul 2024-cü ildə keçirilmişdir.[9] Seçkilərdə Məsud Pezeşkian 16,384,403 (54.76%) səs toplayaraq qalib gəlmişdir. Onun rəqibi Səid Cəlili isə 13,538,179 (45.24%) səs toplamışdır.[1] Pezeşkian prezident səlahiyyətlərinin icrasına 30 iyul 2024-cü ildə başlayacaq.

  1. 1 2 Cassini, Farnaz; Vinograd, Cassandra. "Reformist Candidate Wins Iran's Presidential Election". The New York Times. 5 July 2024. İstifadə tarixi: 5 July 2024.
  2. "Iran's Pezeshkian swearing-in ceremony to be held on July 30". Mehr News Agency (ingilis). 10 July 2024. 10 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2024.
  3. Hafezi, Parisa. "Helicopter carrying Iranian President Raisi crashes, search under way". Reuters. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  4. "Thousands at Iran president's funeral procession". BBC. 21 May 2024. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  5. Xoing, Yong; Rabbane, Teele. "Live updates: Iran's President Raisi killed in helicopter crash". CNN (ingilis). 20 May 2024. 26 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2024.
  6. Makoii, Akhtar; Abrahams, Jessica; Smith, Benedict; Zagon, Chanel. "Search for Iranian president Ebrahim Raisi's helicopter complicated by rain". The Telegraph (ingilis). 19 May 2024. ISSN 0307-1235. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  7. "Iran president helicopter crash live updates: President Ebrahim Raisi dies - state TV". BBC News (ingilis). 19 May 2024. 11 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  8. "Constitution". en.mfa.ir. 12 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  9. 1 2 Gambrell, Jon; Karimi, Nasser. "Iran to hold runoff election with reformist Pezeshkian and hard-liner Jalili after low-turnout vote". Associated Press. 29 June 2024. 29 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2024.