Tuvalu 2012 Yay Olimpiya Oyunlarında

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tuvalu
2012 Yay Olimpiya Oyunlarında
BOK KoduTUV
MOKTuvalu İdman Assosiasiyası və
Milli Olimpiya Komitəsi
London, Böyük Britaniya Böyük Britaniya
27 iyul – 12 avqust
İdmançı sayı3 idmançı (2 idman növü üzrə)
BayraqdarTuau Lapua Lapua (Açılış mərasimi)
Asenate Manoa (Qapanış mərasimi)
Medallar
Yer: —




0 0 0 0
Yay Olimpiya Oyunları

Tuvalu2012-cı ildə Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. 27 iyul və 12 avqust tarixləri arasında Böyük Britaniyanın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında Tuvalu yığması, üç yüngül atlet ilə təmsil olundu. Onlardan ikisi, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etmiş Tavevele Noa, qapanış mərasimində Tuvalu yığmasının bayraqdarı olan Asenate Manoa və ağırlıqqaldıran Tuau Lapua Lapua idi. Qəbul edilən standartlara cavab vermədikləri üçün, hər üç atlet turnir kartı yerlərində iştirak etmişdir. Lapua açılış mərasimində Tuvalu yığmasının bayraqdarı idi. Tuvalu yığmasının qapanış mərasimindəki bayraqdarı isə, Asenate Manoa idi. Noa və Manoa qadınlar üzrə 100 metrlik qaçışda yeni bir milli rekord yaratdıqlarına baxmayaraq, turnirin ilkin mərhələlərindən keçə bilməmiş, Lapua isə kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırma yarışında 12-ci yeri tutdu.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün London Olimpiadası, sayca qatıldıqı ikinci Olimpiya Oyunları oldu. Tuvalunun Olimpia Oyunlarına göndərdiyi ən çox atlet sayı 3-dür. Əvvəlki yarışda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.[1] Tuvalu 27 iyul12 avqust 2012-ci il tarixləri arasında London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.[2]

Tuvalu İdman Assosiasiyası və Milli Olimpiya Komitəsi atletik müsabiqəçilərin yalnız ikisini turnir kartı yerlərindən seçmişdir. Adətən, bir MOK, idmanıçıların hamısı "A" standardına cavab verdikdə üç, idmançıların hamısı "B" standardına cavab verdikdə isə, yalnız bir idmançı göndərə bilər. Lakin, Tuvalunun standardlara cavab verə bilən heç bir idmançısı olmadığından, hər cinsdən bir idmançı olaraq iki idmançını turnir kartı olaraq göndərməyə icazə verildi.[3]

London Olimpiadasında iştirak edən idmançılar, kişilər üzrə 100 metrlik qaçışda yarışan Tavevele Noa, qadınlar üzrə 100 metrlik qaçışda yarışan Asenate Manoa və kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırmada yarışan Tuau Lapua Lapua idi.[2] Komanda, Mərkəzi Lankaşir Universitetindəki idman məşqçiliyi təhsili üzvləri və Olimpiya Oyunlarında 100 gün əvvəl Preston Harriyers Atlektik Klubunda təhsil almışdır.[4] Tuvalu yığmasının bayraqdarı açılış mərasimində Lapua, qapanış mərasimində isə, Asenate Manoa idi.[5][6]

  1. "Olympic History of Tuvalu". Olympics at Sports-Reference.com (ingilis). 24 iyun 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
  2. 1 2 "Tuvalu at the 2012 London Summer Games". Olympics at Sports-Reference.com. 17 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2017.
  3. "London 2012 Olympics: Athletics qualification". The Daily Telegraph. 15 aprel 2011. 2 oktyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2015.
  4. "Mayor welcomes Olympic sprinters to Preston". University of Central Lancashire. 23 aprel 2012. 28 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2017.
  5. "Olympic flag bearers". United Press International. 27 iyul 2012. İstifadə tarixi: 22 oktyabr 2016 – General OneFile vasitəsilə. (Subscription required (help)).
  6. "London 2012 Closing Ceremony - Flag Bearers" (PDF). Olympic.org. 15 avqust 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 mart 2015.