Qvardiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qvardiya — imtiyazlı seçmə qoşun hissəsi.

Qədim Şərq ölkələrində meydana gəlmişdir. Daha çox Əhəmənilər dövlətində (10 minlik "ölməzlər" korpusu) və Qədim Romada (pretorianlar) inkişaf etmişdir. XII əsrdə İtaliyada meydana gələn "qvardiya" anlayışı dövlət bayrağını mühafizə edən seçmə dəstə mənasını verirdi. Qvardiya xüsusilə Fransa, İngiltərə, İsveç, Rusiya, Prussiya və s. monarxiya ölkələrində mövcud olmuşdu. Orta əsrlərdə Şərqdə qvardiya rolunu monarxların keşikçiləri, muzdlulardan və qullardan ibarət seçmə hissələr oynayırdılar. Onlar Bağdad xəlifələrinin və Böyük Moğolların qvardiyaları, habelə Misir hökmdarlarının məmlükləriOsmanlı sultanlarının yeniçəriləri idilər.