Yunanıstan Avroviziya Mahnı Müsabiqəsində

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yunanıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1974-cü ildə qoşulmuş və ümumilikdə 40 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə 1975, 1982, 1984, 1986, 19992000-ci illərdə müsabiqədə iştirak etməmişdir. Yunanıstan ilk dəfə 2005 Avroviziya Mahnı Müsabiqəsində Elena Paparizunun ifa etdiyi "My Number One" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Yunanıstan Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə 20-ci əsr boyunca müsabiqədə yalnız iki dəfə (19771992-ci illərdə) ilk beşliyə daxil olsa da, 21-ci əsrdə əldə etdiyi yüksək nəticələr sayəsində ümumilikdə altı dəfə ilk beşlikdə, 18 dəfə isə onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Yunanıstan hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.

1974-cü ildə Avroviziyaya qoşulduqdan sonra növbəti il Yunanıstan Türkiyənin müsabiqəyə qoşulmasına etiraz olaraq Avroviziya 1975-də iştirakdan imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. İlk dəfə 1978-ci ildə hər iki ölkə birlikdə Avroviziyada iştirak etmişdir. 1982-ci ildə Yunanıstanın müsabiqə üçün seçdiyi mahnı daha öncə səsləndirilmiş olduğu üçün Avropa Yayım İttifaqı ölkəni bir illik müsabiqədən diskvalifikasiya etmiş və Yunan telekanalı müsabiqə təşkilatçılarına cərimə ödəməli olmuşdur. Yunanıstan növbəti ildə müsabiqəyə geri dönmüşdür. Bundan başqa Yunanıstan 1984-cü ildə maliyyə çətinlikləri və 1986-cı ildə isə müsabiqənin dini bayramla üst-üstə düşməsi ilə əlaqədar olaraq Avroviziyada iştirakdan imtina etmişdir. Müsabiqədə son beş ildə göstərdiyi zəif nəticələr səbəbindən Yunanıstan eyni zamanda 1999-cu ildə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədə iştirak etməmiş və növbəti ildə isə könüllü olaraq ölkə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Yunanıstan Avroviziyaya 2001-ci ildə geri dönmüş və indiyədək hər il müsabiqədə iştirak etmişdir.

1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Yunanıstan hər il Kiprə, Kipr isə Yunanıstana maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1974 Yunanca Marinella "Krasi, Thalassa Kai T' Agori Mou"
(Κρασί, θάλασσα και τ' αγόρι μου)
11 7
Yarımfinal olmayıb
1976 Yunanca Mariza Kox "Panayia Mou, Panayia Mou"
(Παναγιά μου, Παναγιά μου)
13 20
1977 Yunanca Pasxalis Arvanitidis, Marianna Toli,
Robert və Bessi
"Mathima Solfege" (Μάθημα σολφέζ) 5 92
1978 Yunanca Tania Tsanaklidu "Charlie Chaplin" (Τσάρλυ Τσάπλιν) 8 66
1979 Yunanca Elpida "Sokrati" (Σωκράτη) 8 69
1980 Yunanca Anna Vissi "Autostop" (Ωτοστόπ) 13 30
1981 Yunanca Yannis Dimitras "Feggari Kalokerino" (Φεγγάρι καλοκαιρινό) 8 55
1983 Yunanca Kristi Stassinopulu "Mou Les" (Μου λες) 14 32
1985 Yunanca Takis Biniaris "Miazoume" (Μοιάζουμε) 16 15
1987 Yunanca Bang "Stop" (Στοπ) 10 64
1988 Yunanca Afroditi Frida "Clown" (Κλόουν) 17 10
1989 Yunanca Mariana Efstratiu "To Diko Sou Asteri" (Το δικό σου αστέρι) 9 56
1990 Yunanca Xristos Kallou və Wave "Horis Skopo" (Χωρίς σκοπό) 19 11
1991 Yunanca Sofia Vossu "I Anixi" (Η άνοιξη) 13 36
1992 Yunanca Kleopatra "Olou Tou Kosmou I Elpida"
(Όλου του κόσμου η Ελπίδα)
5 94
1993 Yunanca Keti Ğarbi "Ellada, Chora Tou Fotos"
(Ελλάδα, χώρα του φωτός)
9 64
1994 Yunanca Kostas Biğalis "To Trehandiri" (Το τρεχαντήρι) 14 44
1995 Yunanca Elina Konstantopulu "Pia Prosefhi" (Ποια προσευχή) 12 68
1996 Yunanca Mariana Efstratiu "Emeis Forame to Himona Anixiatika"
(Εμείς φοράμε το χειμώνα ανοιξιάτικα)
14 36 12 45
1997 Yunanca Marianna Zorba "Horepse" (Χόρεψε) 12 39
Yarımfinal olmayıb
1998 Yunanca Thalassa "Mia Krifi Evesthisia"
(Μια κρυφή ευαισθησία)
20 12
2001 İngiliscə, Yunanca Antique "(I Would) Die for You" 3 147
2002 İngiliscə Mixalis Rakintzis "S. A. G. A. P. O." 17 27
2003 İngiliscə Mando "Never Let You Go" 17 25
2004 İngiliscə Sakis Ruvas "Shake It" 3 252 3 238
2005 İngiliscə Elena Paparizu "My Number One" 1 230
Birbaşa finalçı
2006 İngiliscə Anna Vissi "Everything" 9 128
Ev sahibi-ölkə
2007 İngiliscə Sarbel "Yassou Maria" (Γεια σου Μαρία) 7 139
Birbaşa finalçı
2008 İngiliscə Kalomira "Secret Combination" 3 218 1 156
2009 İngiliscə Sakis Ruvas "This Is Our Night" 7 120 4 110
2010 Yunanca, İngiliscə Yorğos Alkayos ilə dostları "OPA!" (ΩΠΑ!) 8 140 2 133
2011 Yunanca, İngiliscə Lukas Yorkas ilə Stereo Mike "Watch My Dance" 7 120 1 133
2012 İngiliscə Elefteria Elefteriu "Aphrodisiac" 17 64 4 116
2013 Yunanca, İngiliscə Koza Mostra ilə Ağafon Yakovidis "Alcohol Is Free" 6 152 2 121
2014 İngiliscə Freaky Fortune ilə RiskyKidd "Rise Up" 20 35 7 74
2015 İngiliscə Mariya Elena Kiriaku "One Last Breath" 19 23 6 81
2016 İngiliscə, Yunanca Arğo "Utopian Land"
Finala keçməyib
16 44
2017 İngiliscə Demi "This is Love" 19 77 10 115
2018 Yunanca Yanna Terzi "Oneiro Mou" (Όνειρο Μου)
Finala keçməyib
14 81
2019 İngiliscə Katerina Duska "Better Love" 21 74 5 185

Səsvermə tarixi

[redaktə | mənbəni redaktə et]
Yunanıstanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Kipr Kipr 283
2 Fransa Fransa 145
3 İspaniya İspaniya 137
4 İrlandiya İrlandiya 99
5 İtaliya İtaliya 95
Yunanıstanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Kipr Kipr 324
2 İspaniya İspaniya 125
3 Albaniya Albaniya 123
4 Böyük Britaniya Böyük Britaniya 120
5 Rumıniya Rumıniya 107

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

İl Şəhər Ev sahibi Aparıcılar
2006 Afina Olympic Indoor Hall Mariya Menunos və Sakis Ruvas

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]