Bütün Google komandası sizə xidmət göstərir
Google Hesabınıza daxil olun və istifadə etdiyiniz bütün Google xidmətlərindən maksimum yararlanın. Hesabınız Google təcrübənizi fərdiləşdirməklə və ən vacib məlumatlarınıza hər yerdən asan giriş imkanı təklif etməklə daha çox iş görməyinizə kömək edir.
Sizə kömək edir
Daxil olduğunuzda istifadə etdiyiniz bütün Google xidmətləri sizə cədvəlinizdən daim xəbərdar olmağınız üçün Gmail'inizi Google Calendar və Google Xəritə ilə sinxronlaşdırmaq kimi gündəlik tapşırıqlarda kömək təklif etmək məqsədilə birlikdə qüsursuz işləyir.
Sizin üçün hazırlanıb
Hansı cihaz və ya Google xidmətindən istifadə etməyinizdən asılı olmayaraq, hesabınız sizə istənilən vaxt fərdiləşdirə və idarə edə biləcəyiniz müvafiq təcrübə imkanı verir.
Sizi qoruyur
Google Hesabınız təhlükələr sizə gəlib çatmamış onları avtomatik olaraq aşkarlayan və bloklayan, öz sahəsində lider olan təhlükəsizlik sistemi ilə qorunur.
Kömək etməyə hazırdır
Hesabınızda saxladığınız məlumatlardan istifadə etməklə Google Hesabınız parolları, ünvanları və ödəniş detallarını avtomatik dolduraraq vaxta qənaət etməyinizə kömək edir.
Google Hesabınıza daxil olduqda istifadə etdiyiniz bütün Google xidmətləri daha çox iş görməyinizə kömək etmək üçün birlikdə çalışır. Məsələn, hava limanına vaxtında çatmağınız üçün Gmail gələnlər qutunuzdakı uçuş təsdiqləri avtomatik olaraq Google Calendar və Google Xəritə ilə sinxronlaşdırılacaq.
Tək giriş fərqli cihazlarda YouTube videolarını davam etdirməkdən tutmuş, kontaktlarınızı və sevimli Play Market tətbiqlərinizi asanlıqla əlçatan etməyə qədər müxtəlif imkanlar təklif edərək Google xidmətlərində sizə qüsursuz təcrübə təmin edir. Google Hesabınız, həmçinin təhlükəsiz və sürətli şəkildə üçüncü tərəf tətbiqlərinə daxil olmağınızı asanlaşdırır , beləliklə tərcihləriniz Google-dan kənarda belə tətbiq olunur.
Yalnız sizin üçün
Data və ayarlarınız hər zaman sadəcə bir toxunuş uzaqlıqdadır. Sadəcə olaraq profil şəklinizə toxunun və “Google Hesabınızı idarə edin” linkinə keçin. Həmçinin profil şəklinizdən asanlıqla hesabınıza daxil ola, oradan çıxış edə və ya Anonim rejimi yandıra bilərsiniz.
Məxfiliyə gəldikdə isə bir üsulun bütün problemləri həll etmədiyini bilirik. Məhz buna görə hər bir Google Hesabı Məxfilik Yoxlanışı kimi istifadəsi asan idarə elementi və alətlərlə birgə təqdim edilir ki, sizin üçün uyğun olan məxfilik ayarlarını seçə bilərsiniz. Həmçinin sadə yandırma/söndürmə idarə elementləri ilə hesabınızda hansı datanın saxlanılacağını idarə edə və hətta datanızı tarix, məhsul və mövzu əsasında silə bilərsiniz.
Google Hesabınız sizə kredit kartları, parollar və kontaktlar kimi şəxsi məlumatlarınızı saxlamaq üçün təhlükəsiz mərkəzi yer təqdim edir, beləliklə həmin məlumatlarınız ehtiyacınız olduqda internetdə sizin üçün hər zaman əlçatan olacaq.
Məlumatlarınızın məxfi,güvənli və təhlükəsiz saxlanılması
Google Hesabınız şəxsi məlumatlarınızı avtomatik qoruyur və onları məxfi, həmçinin təhlükəsiz saxlayır. Hər bir hesabda təhlükəli e-poçt məktubları sizə gəlib çatmamış onların 99,9%-ni bloklayan spam filtrləri və sizə şübhəli fəaliyyət, həmçinin zərərli veb saytlar haqqında xəbərdarlıq edən fərdiləşdirilmiş təhlükəsizlik bildirişləri kimi güclü funksiyalar təmin edilir.
Bu sadə alət sizə hesabınızı təhlükəsiz saxlamaqda kömək etmək üçün fərdiləşdirilmiş tövsiyələr təqdim edir.
Google Hesabınız parollarınızı yalnız sizin daxil ola biləcəyiniz mərkəzi yerdə təhlükəsiz qaydada saxlayan daxili parol meneceri ilə birgə təmin edilir.